"Rusiyanın
əsas məqsədi Ermənistanı Avrasiya İqtisadi Birliyinə üzv olmağa məcbur
etməkdir".
Rusiyaya elə
gəlir ki, Qarabağ problemi artıq həll olunub. Rusiyadan Dağlıq Qarabağın
müstəqilliyini tanımağı gözləmək gülünc olardı. Bu ölkənin əsas məqsədi
Ermənistanı Avrasiya İqtisadi Birliyinə üzv olmağa məcbur etməkdir.
Oxu.Az ANS
PRESS-ə istinadən xəbər verir ki, bu sözləri erməni politoloq İqor Muradyan
Galatv.am-a açıqlamasında deyib.
"Ermənistan
Rusiyanın siyasi-iqtisadi blokunun tamhüquqlu üzvü ola bilməyəcək. Bu qurum
KTMT kimi yarımçıq qalacaq. Rusiya heç vaxt Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
məsuliyyəti öz üzərinə götürməyəcək. Ümumiyyətlə, bu münaqişə rus düşüncə
tərzinə uyğun deyil", - deyə İqor Muradyan bildirib.
O deyib ki,
heç şübhəsiz müharibə olacaq:
"Müharibə
olacağı təqdirdə ABŞ və NATO Ermənistana kömək etməyəcək. Savaşda bizim
Rusiyanın timsalında sürüşkən tərəfdaşımız olacaq".
"Ermənistan
beynəlxalq təcrid vəziyyətindədir. Bu amil müharibə başlayarsa Azərbaycan və
Türkiyə üçün vacib fakt olacaq. Nə vaxta qədər Ermənistan Rusiyadan asılı
vəziyyətdə olacaq, o vaxtadək də qoşulduğumuz heç bir müharibədə qalib gələ
bilməyəcək", - deyə İqor Muradyan bildirib. "Əgər Azərbaycan Madrid
prinsiplərini qəbul etsə Ermənistan bundan uzun müddət imtina edə bilməyəcək.
Bundan sonra hadisələr çox sürətlə cərəyan edəcək. Ermənistan öz prinsiplərini
yeridən kiçik kalibrli oliqarxların ölkəsinə çevrilib. Bu isə faciə öncəsi son
mərhələdir", - deyə İqor Muradyan fikirlərini yekunlaşdırıb.